Bank Of Baku

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqə başlanılıb

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinqə başlanılıb
# 23 yanvar 2012 07:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq, bu gün ölkə üzrə növbəti monitorinqə başlayıb. Bu barədə APA-ya DBX-nin mətbuat xidmətindən məlumat verilib. Monitorinq Şabran, Salyan, Ağcabədi, Lənkəran rayonlarının milli parklarında və eləcə də dənizkənarı zonalarda həyata keçiriləcək. Monitorinq DBX-nin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr fevralın 3-də ictimaiyyətə açıqlanacaq.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR