Bank Of Baku

Azərbaycanın cənubunda yağan güclü qarla bağlı dəymiş ziyanın nəticələri aradan qaldırılıb

Azərbaycanın cənubunda yağan güclü qarla bağlı dəymiş ziyanın nəticələri aradan qaldırılıb
# 23 yanvar 2012 08:54 (UTC +04:00)
Yardımlı-Lerik. Ağəddin Babayev – APA. Azərbaycanın dağlıq Yardımlı və Lerik rayonlarında yanvarın 19-da axşamdan güclü qarın yağması nəticəsində dəymiş ziyanın nəticələri aradan qaldırılıb. APA-nın cənub bürosunun məlumatına görə, qarın hündürlüyü Yardımlıda 70 – 80 sm, Lerikdə isə 80-90 sm təşkil edib ki, bu da hər iki rayona gələn yüksək gərginlikli Lənkəran-Hamarat və Masallı-Telavar elektrik xətlərinin qəza vəziyyətinə düşməsinə, onlarla elektrik dirəyinin aşmasına və naqillərin qırılmasına səbəb olub. Nəticədə isə Yardımlı və Lerik rayonlarına elektrik enerjisinin verilişində problemlər yaranıb. Qəza briqadaları işə cəlb edildikdən sonra dünən axşam saatlarına kimi hər iki rayona elektrik enerjisinin verilişi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR