Bank Of Baku

Lənkəranda Həzi Aslanovun xatirə günü keçirilib - FOTO

Lənkəranda Həzi Aslanovun xatirə günü keçirilib - <font color=red>FOTO</font>
# 23 yanvar 2012 08:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirə günü onun doğulduğu Lənkəranda qeyd olunub. APA-nın cənub bürosunun məlumatına görə, mərasim qəhrəmanın adını daşıyan xiyabanda onun adına salınmış xatirə parkında ucaldılan monumental abidənin önündə baş tutub. Çoxsaylı rayon sakinlərinin qatıldığı tədbirdə Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Ağacəfər Fətullayev çıxış edərək, bu diyarda hamının Həzi Aslanovla fəxr etdiyini bildirib. Generalın 35 illik həyatında keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülən nadir hərbçilərdən biri kimi dəyərləndirən natiq, onun eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu xüsusi qeyd edib.
Mərasimdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının və “Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Xatirə mərasiminin iştirakçıları daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun Ev muzeyində keçirilən tədbirə də qatılıblar.
Qeyd edək ki, bu muzey respublikada yaradılmış ilk qəhrəmanlıq muzeylərindən biridir. 1969-cu ilin 9 mayında fəaliyyətə başlayan muzey iki il öncə əsaslı təmir edilib. Muzeyin direktoru Tamara Fətullayeva bir daha cəsur generalın şərəfli ömür yolundan söz açıb və eyni zamanda iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR