Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksi dağıdılır

Naxçıvan Muxtar Respublikasının Kəngərli  rayonunda 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksi dağıdılır
# 23 yanvar 2012 10:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksi dağıdılır”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, abidə daha çox yerli əhali tərəfindən dağıdılmağa məruz qalır: “Şahtaxtıda qazıntı işləri yay aylarında aparılır. Lakin qazıntılar başa çatandan sonra ərazidə aşkar olunmuş təsərrüfat və ocaq yerləri, təndirlər, tikinti qalıqları dağıdılır. Şahtaxtı arxeoloji abidələr kompleksi nəinki Azərbaycanda, Qafqazda, Yaxın Şərqdə, bəlkə də dünyada yeganə arxeoloji abidədir ki, burada eneolit dövründən bu günə kimi intensiv yaşayış olub. Əhali 8 min il bundan öncə, mis-daş dövründə ərazidə məskunlaşıb və bu gün də həmin ərazidə yaşayır. İntensiv yaşayış olduğundan abidədə bütün mədəni təbəqələr üst-üstə yerləşir. Onlardan hər hansı birinin dağıdılmasına yol vermək olmaz”.

Q. Ağayev bildirib ki, bütün regionda unikal abidə hesab oluna Şahtaxtı arxeoloji kompleksini qorumaq üçün ərazi açıq muzey elan olunmalı, burada arxeoloji qazıntılar yalnız yay aylarında deyil, il boyu aparılmalıdır: “Qədim Şahtaxtı kəndi Azərbaycana böyük tarixi şəxsiyyətlər bəxş edib. Böyük İpək Yolunun kənarında, Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən bu abidənin açıq muzey kimi nümayiş etdirilməsi çox vacibdir”.

Şahtaxtı arxeoloji kompleksində kəşfiyyat xarakterli ilk qazıntı işləri 1936-cı ildə aparılıb və abidənin son tunc, erkən dəmir dövrünə aid olması söylənilib. 1978-1987-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvan Elm Mərkəzi ilə birlikdə apardıqları arxeoloji qazıntılar abidənin daha qədim dövrlərə aid olmasını müəyyənləşdirib. 2007-ci ildən etibarən abidədə yenidən aparılan tədqiqatlar ərazinin 8 min ilə qədər yaşının olmasını müəyyənləşdirib: “Ola bilsin ki, Şahtaxtı arxeoloji abidələr kompleksi eneolit dövrundən də qədimə aiddir. Belə ki, müəyyən çətinliklər üzündən yaşayış yerində mədəni təbəqləri axıra qədər izləmək mümkün olmayıb və bunun nəticəsi olaraq mədəni təbəqələr sona qədər izlənilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR