Bank Of Baku

Azərbaycanın radonun miqdarı artıq olan ərazilərində araşdırmalar aparılacaq

Azərbaycanın radonun miqdarı artıq olan ərazilərində araşdırmalar aparılacaq
# 23 yanvar 2012 11:15 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. Onun sözlərinə görə, araşdırmalarda Geologiya İnstitutunun mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Ç. Əliyev deyib ki, araşdırmalar Azərbaycanın ötən il hazırlanan radon paylama xəritəsinin yekun variantındakı məlumatları daha da dəqiqləşdirməyə xidmət edəcək: “Həmin ərazilərdəki radonun miqdarının artıq olmasının geoloji, yoxsa tikinti materialları ilə əlaqədar olub-olmaması araşdırılacaq. Radon qazının xəstəliklərin inkişafına təsiri öyrəniləcək. Əldə edilən məlumatlar əsasında Fövqəladə Hallar Nazirliyi ilə birgə milli radon normaları hazırlamaq üçün təkliflər veriləcək. Azərbaycanda hələ də MDB-də işlədilən radon normalarında istifadə olunur”.

C. Əliyevin sözlərinə görə, Azərbaycanda radonun miqdarı daha çox Şamaxıda, Şəki-Zaqatala və Talış zonasında artıqdır. Həmin ərazilərdə aktiv qırılmalar olduğuna görə bir sıra qazlar, o cümlədən radon qazı da çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR