Bank Of Baku

Qəbələdə “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları” mövzusunda seminar və təlim keçirilib

Qəbələdə “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları” mövzusunda seminar və təlim keçirilib
# 23 yanvar 2012 11:21 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional mərkəzinin təşkilatçılığı ilə yanvarın 23-də Qəbələ rayonundakı “Qafqaz Riverside” otelində “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğın təhlükəsizliyi və yanğın zamanı davranış qaydaları” mövzusunda seminar keçirilib. APA-nın məlumatına görə, rayonda fəaliyyət göstərən turizm obyektlərində çalışan 100-ə yaxın işçinin iştirak etdiyi seminarda “Mehmanxana, otel və istirahət mərkəzlərində yanğına qarşı profilaktika tədbirləri”, “Fövqəladə hal yarandıqda özünüzü necə aparmağı əvvəlcədən bilməlisiniz”, “Fövqəladə hal və mülki müdafiə nədir?”, “Fövqəladə hadisə zamanı panika və onun səbəbləri”, “Xüsusi xilasetmə hissəsinin fəaliyyət istiqaməti və anonim zənglər”, “Baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğat işinin rolu” mövzusunda məruzələr dinlənilib.
Sonra isə yanğınsöndürənlərin və xilasedicilərin iştirakı ilə beş ulduzlu “Qafqaz Riverside” otelində baş verə biləcək yanğın hadisənin qarşısının alınması məqsədilə şərti təlim keçirilib. Təlimə nazirliyin şimal-qərb regional mərkəzinin və Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, texnikaları, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR