Bank Of Baku

İtaliyada taksi sürücüləri tətilə başlayıb

İtaliyada taksi sürücüləri tətilə başlayıb
# 23 yanvar 2012 11:54 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyada taksi sürücüləri hökumətin iqtisadiyyatın liberallaşdırılması planına etiraz əlaməti olaraq ümummilli tətilə başlayıb.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu etiraz aksiyası gələn aya planlaşdırılan digər aksiyalara təkan verə bilər.

Mario Montinin başçılıq etdiyi İtaliya hökuməti ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün müxtəlif sahələrdə liberallaşdırma yolu ilə struktur islahatları aparılmasına qərar verib. Yeni plana əsasən, ölkədə aptek və notariusların sayı arta bilər, taksi sürücüləri üçün lisenziya verilməsi sadələşdiriləcək, yanacaqdoldurma məntəqələrinin sahibləri benzin aldığı şirkəti özü seçə biləcək, vəkillər və notariuslar üçün minimal stavkalar ləğv olunacaq.

Hökumətin planları cəmiyyətin bir çox təbəqələri tərəfindən etirazla qarşılanıb. O cümlədən bir günlük tətil elan edən taksi sürücüləri hesab edir ki, lisenziyanın sadələşdirilməsi onları işindən məhrum edəcək. onlar hökumət nümayəndələri ilə görüş tələb edirlər.

Yanacağın qiymətinin və avtomagistrallarda gediş haqqının bahalaşmasına etirz edən yük maşınlarının sürücüləri də bu gün tətil edir. Ötən həftə məhz onların Siciliyada beş gün aksiya keçirməsi ilə İtaliya hökumətinin yeni planına kütləvi etirazlar baş qaldırıb. Beş günlük aksiya nəticəsində adada yanacaqdoldurma məntəqələri benzin çatışmazlığından bağlanıb, mağazalarda bir çox ərzaq məhsulları tapılmayıb.

Artıq dəmiryolçular, əczaçılar və vəkillər də kütləvi aksiyalara başlayacaqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR