Bank Of Baku

Söz Azadlığını Müdafiə Fondu idxal məhsullarında Azərbaycan dilinin qorunması vəziyyətini yoxlayıb

Söz Azadlığını Müdafiə Fondu idxal məhsullarında Azərbaycan dilinin qorunması vəziyyətini yoxlayıb
# 23 yanvar 2012 11:58 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) idxal məhsullarında Azərbaycan dilinin qorunması vəziyyətinin yoxlanılması ilə bağlı növbəti layihə həyata keçirib. SAMF-dan APA-ya verilən məlumata görə, əsas məqsəd Azərbaycana idxal olunan ərzaq və qeyri ərzaq məhsullarının üzərindəki izahlarda ölkə qanunvericiliyinə müvafiq olaraq dövlət dilinin qorunması ilə bağlı real vəziyyətin araşdırılması olub. Monitorinq zamanı paytaxtda satışa çıxarılan 198 adda idxal olunmuş məhsula baxış keçirilib. Əmtəələrin 24 %-ni süd məhsulları, 16 %-ni ət məhsulları, 9 %-ni turşular, 28 %-ni şirniyyat məhsulları, 17 %-ni sərinləşdirici içkilər, 6 %-ni isə yuyucu vasitələr təşkil edib. Məlum olub ki, baxış keçirilən və fotolarda əks olunan idxal məhsullarının yalnız 24,7 %-nin üzərində Azərbaycan dilində izahatlar qeyd olunub. Bu izahatlara diqqət yetirərkən məlum olub ki, onların da 0,5 %-i ölkədə fəaliyyət göstərən distributorların vasitəsilə sonradan - malın qablaşdırıldığı karton, kağız və digər materialların üstünə yapışdırılıb. Digər idxal məhsullarının üzərindəki izahların 48 %-i gözlə görülə biləcək səviyyədə deyil, yəni 3-5 şrift ölçüsündə verilib.
Monitorinq zamanı Türkiyə və Rusiya istehsalı olan əmtəələrin heç birində Azərbaycan dilində məlumata rast gəlinməyib, habelə bu zaman 4,5 % istehlak məhsulunun üzərində erməni dilində izahlara da rast gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR