Bank Of Baku

Azərbaycanda məktəblərdə 1,3 milyon şagird təhsil alır

Azərbaycanda məktəblərdə 1,3 milyon şagird təhsil alır
# 24 yanvar 2012 07:56 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1624 dövlət və 15 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 114 min uşaq və ya 1-5 yaşlı uşaqların 17,6 faizi tərbiyə alır. Məktəbəqədər təhsil müəssisələrinin 97 faizi Təhsil Nazirliyinin sisteminə daxildir və onların 22 faizi Bakı şəhərində yerləşir.

Məlumatda bildirilir ki. 2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin 4498 dövlət və 18 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alıb. Sağlamlıq imkanları məhdud olan 6667 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib.

Komitədən bildirilib ki, son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunub. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 21,4 faizdən 20,3 faizə, kənd yerlərində isə 17,5 faizdən 17,0 faizə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR