Bank Of Baku

Azərbaycanda göyöskürək, brusellyoz və tənəffüs orqanlarının vərəmi xəstələrinin sayı artıb

Azərbaycanda göyöskürək, brusellyoz və tənəffüs orqanlarının vərəmi xəstələrinin sayı artıb
# 24 yanvar 2012 07:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim və 66 orta tibb işçisi düşür. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı - 19 faiz, viruslu hepatit ilə - 35 faiz, pedikulyoz ilə - 40 faiz, qoturluq ilə xəstələnənlərin sayı isə 6 faiz azalıb, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınıb. Bununla belə, göyöskürək, sifilis, skarlatin, ilk dəfə müəyyən edilən brusellyoz və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı bir qədər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR