Bank Of Baku

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclası keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclası keçirilib
# 25 yanvar 2012 14:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclası keçirilib. İnstitutdan APA-ya verilən xəbərə görə, attestasiyanın nəticələrinə əsasən, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 31 doktorant və dissertantdan 25 nəfəri attestasiya edilib, 6 nəfərə isə şərti vaxt verilib.

Tədbirdə çıxış edən İTİ-nin direktoru Rasim Əliquliyev Azərbaycanda İKT-nin yüksək sürətlə inkişaf etdiyini, institutun fəaliyyətinin mövcud elmi-texniki potensialı inkişaf etdirmək və yüksək ixtisaslı kadrlar hazırlamaq istiqamətinə yönəldiyini bildirib. O qeyd edib ki, elektron elmin inkişafı elmin idarə olunmasına yeni yanaşma tələb edir. Bu baxımdan institutun elmi potensialının artırılması alim və mütəxəssislərin qarşısında duran vacib məsələlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR