Bank Of Baku

Azərbaycanda işçilərin hüquqlarının qorunması üçün üçtərəfli komissiya yaradılır

Azərbaycanda işçilərin hüquqlarının qorunması üçün üçtərəfli komissiya yaradılır
# 26 yanvar 2012 09:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA-Economics. “İşçilərin hüquqlarının qorunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında üçtərəfli komissiya yaradılır”. “APA-Economics”in məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev verib.

S.Mehbalıyev bildirib ki, bu qurum müəssisələrdə işçilər üçün şəraitlə bağlı monitorinq həyata keçirəcək: “Birgə araşdırmalar faktların aşkarlanmasına kömək edəcək və müvafiq tədbirlərin operativ həyata keçirilməsinə səbəb olacaq”.

Müəssisələrdə normal iş şəraitinin yaradılması məqsədilə hökumətlə mütəmadi əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdıran S.Mehbalıyev deyib ki, bu kimi tədbirlər ölümlə nəticələnən hadisələrin qarşısını almağa xidmət edir: “Bu prosesdə ilk həmkarlar təşkilatlarından tutmuş, rayon komitələrinə qədər iştirak edəcək”.

AHİK sədri qeyd edib ki, komissiyanın fəaliyyət istiqamətlərini müəyyənləşdirən layihə hazırlanıb və yaxın günlərdə komissiyanın təsis yığıncağı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR