Bank Of Baku

Orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 26 yanvar 2012 10:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev bildirib ki, orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadası Azərbaycan Respublikasının Təhsil, İdman və Gənclər nazirliklərinin, Milli Olimpiya Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında keçirilir. 2011-ci ilin oktyabr-dekabr ayları ərzində “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən yarışlarda tələbələr idmanın altı - atletika, voleybol, basketbol, stolüstü tennis, dama və şahmat növləri üzrə güclərini sınayıblar. 17 orta ixtisas təhsil müəssisəsinin qatıldığı yarışların final mərhələsində 656 tələbə iştirak edib. Onların da 327 nəfərini qızlar təşkil edib.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S. Mehbalıyev ölkə başçısının bu istiqamətdə atdığı addımlara və 2012-ci ilin “İdman ili” olmasına da diqqəti çəkib.

Sonra X Respublika Spartakiadanın nəticələri açıqlanıb, qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilib. Ümumkomanda hesabına görə orta ixtisas tələbələri arasında keçirilmiş X Respublika Spartakiadada birinci yeri Bakı 2 saylı Baza Tibb Kollecinin, ikinci yeri Bakı Biznes və Kooperasiya Kollecinin, üçüncü yeri isə Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələrindən ibarət komandalar qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR