Bank Of Baku

BDU ilə Qafqaz və Ərdəhan universitetləri arasında memorandum imzalanıb - FOTO

BDU ilə Qafqaz və Ərdəhan universitetləri arasında memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 26 yanvar 2012 14:15 (UTC +04:00)
Bakı-APA. Bu gün Qafqaz Universitetləri Birliyinin sədri, Ərdəhan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Bakı Dövlət Universitetində (BDU) olublar. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. BDU-nun Qars Qafqaz və Ərdəhan universitetləri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Abel Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasında böyük zəmin yaratdığını deyib. Ərdəhan universitetinin rektoru Ramazan Korkmaz rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında məlumat verib, Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında danışıb. Məlum olub ki, Mövlana proqramı, eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. Bu layihə çərçivəsində Qafqaz Universitetləri Birliyi ilə BDU arasında sıx əməkdaşlığının yaranacağını ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib.
Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən Memorandum imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR