Bank Of Baku

Azərbaycan TQDK orta məktəb müəllimlərinə müraciət edib

Azərbaycan TQDK orta məktəb müəllimlərinə müraciət edib
# 27 yanvar 2012 07:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil məktəblərində işləyən müəllimlərə müraciət edərək onları TQDK-nın hazırladığı videomühazirələrdə yaxından iştirak etməyə çağırıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanlarına fərdi qaydada müstəqil hazırlaşan abituriyentlərə metodiki kömək göstərilməsinə Komissiya xüsusi diqqəy yetirir. Komissiya 2010-cu ildən bu istiqamətdə yeni layihə həyata keçirməyə başlayıb. Təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə videomühazirələri hazırlanır və TQDK-nın internet saytında yerləşdirilir.
Hazırda bu layihə üzərində təkmilləşdirmə işləri həyata keçirilir. Yeni videomühazirələrin hazırlanmasında iştirak etmək istəyən müəllimlər TQDK-ya müraciət etməklə bu layihənin iştirakçısı ola bilərlər. Həmin şəxslərdən orta ümumtəhsil müəssisələrində müvafiq fənn üzrə qüvvədə olan tədris proqramlarını və dərslikləri dərindən bilən, bu sahədə müəyyən göstəriciləri olan, yüksək pedaqoji məharəti, səlis nitq qabiliyyəti, müasir təlim bacarıqlarına malik olanlar seçilərək qəbul proqramlarına uyğun mövzular üzrə videomühazirələrin hazırlanmasına cəlb olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR