Bank Of Baku

Azərbaycanda şaxtalı və qarlı hava yanvarın sonunadək davam edəcək

Azərbaycanda şaxtalı və qarlı hava yanvarın sonunadək davam edəcək
# 27 yanvar 2012 08:50 (UTC +04:00)
Respublikanın əksər rayonlarında da qar müşahidə olunmaqdadır. Bəzi yerlərdə intensiv qar qeydə alınıb. Axşama doğru ölkə ərazisində qarın daha da intensivləşəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında bu gün axşam və sabah gün ərzində arabir qar yağacaq. Şimal-qərb küləyinin saniyədə 15-20, bəzi ərazilərdə 23-28 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu yanvarın 28-i və 29-da gecə və gündüz saatlarında eyni olacaq və 1-5 dərəcə şaxta təşkil edəcək. Şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar ölkə ərazində və paytaxtda yollar buz bağlayacaq. Yanvarın 29-da gündüz saatlarında küləyin mülayimləşməsi gözlənilir. Yanvarın 30-a keçən gecə paytaxtda havanın temperaturu mənfi 7 dərəcəyədək enəcək.

U. Tağıyeva deyib ki, yanvarın 29-u və 30-da günün birinci yarısında respublikanın bəzi rayonlarında yağıntılarda qısa fasilə yaranacaq. Lakin şaxtalı hava şəraiti bu ayın sonunadək davam edəcək. Yanvarın 31-də bu günlərə nisbətən havanın temperaturu müsbət 2 dərəcəyədək yüksələcək. Buna baxmayaraq, yanvarın 31-də də havanın fasilələrlə yağıntılı olacağı, yağıntıların əsasən sulu qar şəklində düşəcəyi gözlənilir. Ümumilikdə, fevral ayının ilk günlərində də soyuq anomaliya davam edəcək.

U. Tağıyevanın sözlərinə görə, hazırda Zaqatala-Şəki bölgəsində qar örtüyünün hündürlüyü 12, Altıağacda 13, Şahbuzda 11, Qubada 18, Lerikdə 28, Rvarudda 60, Sarıbaşda 45 sm təşkil edir. Böyük Qafqazın rayonlarında gecə saatlarında 8-11 dərəcə şaxta müşahidə olunub. Hazırda qar yağmaqda davam edir və axşama yaxın havanın daha da kəskinləşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR