Bank Of Baku

Diplomatik Akademiyanın Kitab Mərkəzinin internet səhifəsinin açılışı olub - FOTOSESSİYA

Diplomatik Akademiyanın Kitab Mərkəzinin internet səhifəsinin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 27 yanvar 2012 09:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzinin internet səhifəsinin açılışı mərasimi keçirilib. APA-nın məlumatına görə, ADA-nın prorektoru Fariz İsmayılzadə Azərbaycanda həmişə kitaba marağın yüksək olduğunu və dünya ədəbiyyatı nümunələrinə meylin azalmadığını deyib. Müasir dünyada modern texnologiyalardan istifadə etməklə kitab təbliğatının əhəmiyyətinə diqqəti çəkən F. İsmayılzadə Kitab Mərkəzinin internet səhifəsinin yaradılmasını bu məqsədə xidmət etdiyini söyləyib: “Bu mərkəz təkcə kitab satışı ilə məşğul olmamalı, kitabsevərlərin görüş yerinə də çevrilməlidir. Kitab Mərkəzində keçirdiyimiz tədbirlər bu məqsədə xidmət edir”.

Kitab Mərkəzinin meneceri Rövşanə Səmədova “www.adabook.az” vebsaytı haqda məlumat verib. O deyib ki, bu saytda 20 mindən artıq elektron kitab toplanıb: “Azərbaycan, ingilis və rus dillərində təqdim olunan səhifə ölkənin ən böyük xarici dilli kitab mağazası və cəlbedici üslubda qurulan kafe haqqında ətraflı məlumat təqdim edir. Kitab Mərkəzini internet vasitəsilə ziyarət etmək istəyənlər interaktiv virtual turdan istifadə edə bilərlər. Kitab Mərkəzi informasiya texnologiyaları sahəsində ən son yeniliklərin nümayiş olunduğu və satıldığı bir məkana çevrilir. Müasir dövrdə təhsilin inkişafında informasiya texnologiyaları və internet əvəzsiz rol oynayır. Məhz bu baxımdan Kitab Mərkəzində açılan kompüter guşəsi alıcıların prioritetlərinə görə seçim imkanlarını genişləndirmək məqsədi daşıyır”.

Sonra “DNS Computers” şirkəti tərəfindən təqdim olunan guşədə oxucular və ziyarətçilər dünyanın aparıcı şirkətlərinin məhsulları ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR