Bank Of Baku

® “Zəfəran” apteklər şəbəkəsinin “qaynar xətt”i fəaliyyətə başlayıb – FOTO

<font color=red>® </font>“Zəfəran” apteklər şəbəkəsinin “qaynar xətt”i  fəaliyyətə başlayıb – <font color=red>FOTO</font>
# 27 yanvar 2012 10:24 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə şəbəkədən məlumat verilib.

*88 11 qısa nömrəni yığmaqla lazımi dərman vasitəsinin, hansı qiymətə və hansı “Zəfəran” aptekdən əldə edilməsini öyrənmək olar. Eyni zamanda “qaynar xətt”ə zəng edərək preparatın istifadə qaydası ilə bağlı məsləhət ala bilərsiniz.

“Qaynar xətt” bazar günlərindən başqa hər gün saat 9:00-dan 18:00-dək işləyir. Zənglər şəhər telefonundan yaxud istənilən mobil operatorundan qəbul olunur. Həmçinin http://www.facebook.com/zeferanaptek linkinə öz təkliflərinizi qoya və ya [email protected] elektron poçtu ilə suallarınızı göndərə bilərsiniz.

Qeyd edək ki, Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsi “Zəfəran” 2008-ci ilin dekabr ayında yaradılıb. Hazırda “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində mövcuddur və bura 60-dək aptek daxildir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir. “Zəfəran” Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.

http://www.facebook.com/zeferanaptek
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR