Bank Of Baku

Ermənilər tərəfindən əsir götürülən hərbçinin atası oğlunun geri qaytarılmasına yardım etmək üçün BQXK-ya müraciət edəcək

Ermənilər tərəfindən əsir götürülən hərbçinin atası oğlunun geri qaytarılmasına yardım etmək üçün BQXK-ya müraciət edəcək
# 27 yanvar 2012 10:47 (UTC +04:00)
Bu barədə APA-ya əsirin atası Talıb Axundzadə bildirib. Onun sözlərinə görə, artıq bu məqsədlə Lənkərandan Bakıya gəlib və burada BQXK rəsmiləri ilə görüşəcək. BQXK nümayəndələrinin dünən oğluna baş çəkdiyini eşitdiyini deyən T. Axundzadə bilidirb ki, hələlik bununla bağlı ona rəsmi məlumat verilməyib: “Dövlət qurumları oğlumun geri qaytarılması üçün nə lazımdırsa, edirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin də bu işdə öz yardımını göstərməsini xahiş edəcəm. Valideyn kimi hazırda çox pis vəziyyətdəyəm”.

Xatırladaq ki, BQXK nümayəndələri dünən Dağlıq Qarabaqda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR