Bank Of Baku

Azərbaycanın Zaqatala rayonundakı muzeydə Fransa ilə bağlı eksponatların nümayişi dayandırılıb – FOTO

Azərbaycanın Zaqatala rayonundakı muzeydə Fransa ilə bağlı eksponatların nümayişi dayandırılıb – <font color=red>FOTO </font>
# 27 yanvar 2012 12:29 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında muzeyin direktoru Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, bu addım Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nı tanımayanlara cəza tətbiq edilməsi ilə bağlı qanuna etiraz olaraq atılıb. Muzey direktoru sözü gedən ədalətsiz qanunun tətbiq olunacağı təqdirdə bölgəyə gələn fransız turistlərə muzey xidmətlərinin göstərilməyəcəyini bəyan edib.

Qeyd edək ki, muzeyin eksponatları arasında XIX əsrin 70-ci illərində Zaqatala dairəsinə səyahət edərək bölgənin məişət və adət ənənələrini “Mənim səyahətim” adlı əsərində geniş təsvir edən məşhur fransız səyyah qadını Karla Serena ilə bağlı müxtəlif eksponatlar var. Nümayişi dayandırılmış eksponatlar arasında fransız yazıçısı Viktor Hüqonun Karla Serenanın yuxarıda göstərilən kitabını oxuyub təsirlənərək 1880-ci ilin 3 avqust tarixində Parisdə kitaba yazdığı avtoqraf, XIV Lüdovikin hakimiyyəti illərində - 1678-ci ildə buraxılan gümüş medal da mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR