Bank Of Baku

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığındakı son quyunun uçmaq ehtimalı daha da artıb

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Quba məzarlığındakı son quyunun uçmaq ehtimalı daha da artıb
# 27 fevral 2012 07:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutu olan Qubadakı kütləvi məzarlığın uçmaq ehtimalı daha da artıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı ekspedisiyasının rəhbəri, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib.

O bildirib ki, havalar istiləndiyindən məzarlıq ərazisindəki qar əriməyə başlayıb: “Artıq quyunu qorumaq Arxeologiya və Etnoqrafiya İnstitutunun və Quba Rayon İcra Hakimiyyətinin imkanı xaricindədir. İndiyədək bütün mümkün üsullardan istifadə edib quyunu qorumuşuq. Hazırda quyunun ətrafındakı qarı 2 metr kənara təmizləyirik ki, su quyuya dolmasın. Amma artıq quyunu qorumaq mümkün deyil”. Q. Ağayev bir daha xatırladıb ki, erməni cinayətlərinin sübutu olan quyunu qorumaq Azərbaycan üçün həm də strateji məsələdir.

Qeyd edək ki, Qubada kütləvi məzarlıq 2007-ci ildə aşkara çıxarılıb. Məzarlıqda sümüklərlə dolu birinci quyu həmin ilin iyul ayında, ikinci quyu isə sentyabr ayında tapılıb. Lakin lazımi tədbirlər görülmədiyindən məzarlıqdakı ikinci quyu 2007-ci ilin noyabr ayında dağılıb. Hazırda mövcud olan quyunun ilk tapılanda diametri 5 m, dərinliyi 4 m 25 sm olub. Lakin sürüşmə getdiyindən hazırda quyunun dərinliyi 2 m 25 sm-ə, diametri isə 3 m 80 sm-dək azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR