"İordaniyalı həmkarımı Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırdım."
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı həmkarını bölgədə davam edən Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb.
Ceyhun Bayramov qeyd edib ki, növbəti səfərlərdən birində həmkarı ilə Qarabağa səfər etmək barədə razılaşıb.
"Mən həmkarıma həmçinin bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdim, qarşıdakı səfərlərin birində həmkarımla görülən işlərlə yerində tanış olmaq barədə razılaşdıq”, deyə o, vurğulayıb.