Bank Of Baku

Azərbaycan çaylarında mövcud vəziyyət barədə məlumat açıqlanıb

Azərbaycan çaylarında mövcud vəziyyət barədə məlumat açıqlanıb
# 27 fevral 2012 08:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-220, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə normanın 20-25 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 143 kubmetr/saniyə, ongünlük normanın 74, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 72,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 638, Şirvanda 522, Bankədə 338, Araz çayının Novruzlu məntəqəsində isə 330 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR