Bank Of Baku

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibinə dəyişiklik edilib

Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibinə dəyişiklik edilib
# 27 fevral 2012 09:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının tərkibinə dəyişiklik edilib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir Artur Rəsizadənin təsdiqlədiyi qərara əsasən komissiyanın sədri baş nazirin müavini Abid Şərifov, sədr müavini isə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur.

Fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev, nəqliyyat nazirinin müavini Musa Pənahov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Qulu Novruzov, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov, Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov, Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri Elşən Hacızadə, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi Fuad Dadaşov, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin Yol hərəkəti təhlükəsizliyi kafedrasının müdiri Əjdər Tağızadə, Bakı Şəhər İcra Hakimiyyəti şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru İsa Deystani komissiyanın üzvü təyin ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR