Bank Of Baku

AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilər 3 ay sonra keçiriləcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilər 3 ay sonra keçiriləcək
# 27 fevral 2012 11:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilər 3 ay sonra keçiriləcək. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər sonuncu dəfə 2007-ci ildə keçirilib: “AMEA-nın nizamnaməsinə və seçkilər haqqında əsasnaməyə uyğun olaraq, seçkilər elan veriləndən 3 ay sonra keçirilməlidir. Hələlik vakant yerlərə heç kəs sənəd verməyib”.
A. Həşimov deyib ki, hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var. Elana əsasən, seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR