Bank Of Baku

Ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər keçiriləcək

Ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər keçiriləcək
# 27 fevral 2012 14:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2012-2013-cü tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrinin V siniflərində işləyəcək müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər təşkil ediləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təhsil naziri Misir Mərdanov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılıb ki, 2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək fənn müəllimlərinin siyahısını dəqiqləşdirsinlər və həmin siniflərdə yüksək peşəkarlıq səviyyəsinə malik müəllimlərin işləməsini təmin etsinlər. Bu qurumlar təlim kurslarını həyata keçirəcək təşkilatla birlikdə 2012-ci ilin iyun-avqust aylarında kursların səmərəli keçirilməsi üçün müvafiq təlim mərkəzlərində lazımi şəraitin yaradılması, hər bir təlim otağının zəruri texniki vasitələrlə təchizatı ilə bağlı müvafiq tədbirlər planı hazırlayıb həyata keçirilməsini təmin edəcəklər. Müəllimlər məktəblərin yerləşdiyi ərazi üzrə təşkil ediləcək mərkəzlərdə təlim kurslarına cəlb ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR