Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin sabiq müdirinin apellyasiya şikayəti təmin olunmayıb

Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin sabiq müdirinin apellyasiya şikayəti təmin olunmayıb
# 28 fevral 2012 10:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin sabiq müdiri Hüseynov Azər Ələkbər oğlunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Azər Hüseynov rüşvət alarkən cinayət başında yaxalanıb. Belə ki, Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib.

Həyata keçirilən müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənimsəməsi faktı da müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR