Bank Of Baku

Azərbaycanda sterlizasiya qurğusu üçün tikiləcək binanın layihələndirmə işləri aparılır

Azərbaycanda sterlizasiya qurğusu üçün tikiləcək binanın layihələndirmə işləri aparılır
# 28 fevral 2012 14:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda sterlizasiya qurğusu üçün tikiləcək binanın layihələndirmə işləri aparılır. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, layihələndirmə işləri Fövqəladə Hallar Nazirliyinin müvafiq layihə institutu tərəfindən aparılır. Sterilizasiya qurğusu ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) elan etdiyi tenderin qalibi, Macarıstanın İzotop İnstitutu tərəfindən də binanın tikintisi ilə bağlı lazım olan texniki şərtlər Azərbaycan tərəfinə verilib.

A. Qəribov deyib ki, Azərbaycan tərəfi maliyyə ayırdıqdan sonra binanın tikintisinə başlanacaq. Mart ayının axırlarında isə Vyanada Azərbaycanla AEBA arasında icra olunacaq layihələrin gedişi ilə bağlı görüş olacaq.

Qeyd edək ki, sterilizasiya qurğusunun alınması ilə bağlı Azərbaycanla AEBA arasında müqavilə ötən ilin dekabrın 21-də imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub. Müqaviləyə əsasən, bir il müddətində sözügedən institut sterilizasiya qurğusunu Azərbaycana təqdim edəcək. Azərbaycan tərəfi isə öz növbəsində izotopların gücünü artırmaq üçün əlavə vəsait ödəyib. Qurğunun Azərbaycana gələn il gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda sterilizasiya qurğusu üçün bina tikilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR