Bank Of Baku

Ötən il Azərbaycanda 574 əcnəbiyə haqqı ödənilən işlərdə çalışmağa icazə verilib, 741 əcnəbi vətəndaşın isə fərdi icazə müddəti uzadılıb

Ötən il Azərbaycanda 574 əcnəbiyə haqqı ödənilən işlərdə çalışmağa icazə verilib, 741 əcnəbi vətəndaşın isə fərdi icazə müddəti uzadılıb
# 26 yanvar 2007 12:25 (UTC +04:00)
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi Azərbaycanda 574 əcnəbiyə haqqı ödənilən işlərdə çalışmağa icazə verib. 741 əcnəbi vətəndaşın isə fərdi icazə müddəti uzadılıb. Bu addımlar nəticəsində büdcəyə 41 558 manat vəsait daxil olub. APA-nın məlumatına görə, idarənin rəisi Rauf Tağıyev deyib ki, ötən il idarənin əsas fəaliyyət istiqamətləri ölkəyə gələn əcnəbi vətəndaşların əmək fəaliyyətinə icazənin verilməsinə və xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sosial qayğılarına yönəldilib. İdarə rəisinin sözlərinə görə, ötən ilin sonunda Rusiyada əmək fəaliyyəti ilə məşğul olan əcnəbi vətəndaşlar üçün kvotanın ayrılması ilə əlaqədar hazırlıq işləri görülüb, Azərbaycan və Rusiya arasında əmək miqrasiyası haqqında saziş layihəsi, vətəndaşların məlumatlandırılması üçün yaddaş vərəqələri hazırlanıb. Rusiyanın müvafiq orqanlarının təkliflərini nəzərə almaqla hazırlanan yaddaş vərəqələri artıq nazirlik tərəfindən 10 min tirajla çap edilib və Rusiyaya işləməyə gedən azərbaycanlılara paylanılıb. R. Tağıyev deyib ki, onlar əmək miqrasiyası haqqında qanunvericiliyə dəyişiklərin edilməsi üçün təkliflər hazırlamaqla yanaşı, 2008-ci il üçün əmək bazarının tələbatını da müəyyənləşdirməyi nəzərdə tutublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR