Bank Of Baku

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Qəbələ rayonunda qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Qəbələ rayonunda qanvermə aksiyası keçirilib
# 19 aprel 2008 10:55 (UTC +04:00)
Qəbələ. Hafiz Heydərov - APA. Qəbələ rayonunda Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Qəbələ Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Sabir Bayramovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aksiya Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibəti ilə təşkil olunub. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, rayonun digər rəsmi şəxsləri və millət vəkili Fəttah Heydərovun da qatıldığı aksiyada 200-dən çox rayon sakini talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə qan verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR