Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondunun saytı yenilənib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun saytı yenilənib
# 21 may 2008 15:04 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) saytı yenilənib. BAMF-dan APA-ya bildirilib ki, bundan sonra oxucular www.iepf-ngo.org saytına daxil olaraq fond və onun fəaliyyəti ilə bağlı məlumatlar əldə edə bilərlər. İnternet səhifəsində, həmçinin medianın, üçüncü sektorun fəaliyyəti və bugünkü problemləri ilə tanış olmaq mümkündür.
Qeyd edək ki, fond, əsasən üç istiqamətdə - media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. 1992-ci ildə qurulan təşkilat 2000-ci ildən ölkədə qlobal bir problemin mina probleminin həlli prosesinə də qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR