Bank Of Baku

Azərbaycan və Estoniyadan olan uşaqlar arasında təcrübə mübadiləsi həyata keçiriləcək

Azərbaycan və Estoniyadan olan uşaqlar arasında təcrübə mübadiləsi həyata keçiriləcək
# 22 may 2008 10:21 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Avrasiya Hüquqşünaslar Assosiasiyası , Estoniya Respublikasının Uşaq Təşkilatı Avropa İttifaqının dəstəyi ilə hazırlanan “Müxtəliflikdə həmrəylik” adlı proqram çərçivəsində Azərbaycan və Estoniya arasında uşaqların təcrübə mübadiləsi həyata keçiriləcək.
Avrasiya Hüquqşünaslar Assosiasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqrama uyğun olaraq 30 iyun -7 iyul tarixində Estoniyadan Azərbaycana 20 məktəbli uşaq və 3 müşayiətedici rəhbər müəllim səfər edəcək. Həyata keçirilən layihənin məqsədi eston və azərbaycanlı uşaqlar arasında əlaqələrin inkişafı, milli dəyərlərin bölüşdürülməsidir. Səfər zamanı Dağlıq Qarabağ problemi azərbaycanlı uşaqların vasitəsi ilə eston həmyaşıdların diqqətinə çatdırılacaq. Eston uşaqlar qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə olacaq, onlarla həmrəylik nümayiş etdirmək məqsədi ilə bir neçə sosial sahədə birgə fəaliyyət göstərəcəklər. Qeyd olunub ki, azərbaycanlı uşaqların da 2009-cu ildə Estoniyaya səfər etməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR