Bank Of Baku

Gəncədə dayanacaqlarda fəaliyyət göstərən çörək köşkləri bağlanıb

Gəncədə dayanacaqlarda fəaliyyət göstərən çörək köşkləri bağlanıb
# 22 may 2008 12:19 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncənin mərkəzi küçələrində yerləşən dayanacaqlarda fəaliyyət göstərən 8 çörək köşkünün fəaliyyəti müvəqqəti olaraq dayandırıb. Buna səbəb bu köşklərdə sanitar-gigiyenik qaydalara əməl olunmamasıdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 1998-2003-cü illərdə vətəndaşlara dayanacaqlarda ticarət obyektlərin fəaliyyət göstərilməsi üzrə layihələr verilib, lakin hazırda bu obyektlər müasir standartlara cavab vermədiyinə görə onların bağlanması barədə qərar qəbul olunub: "Lambrinlərdən düzəldilmiş bu obyektlərin istismar qaydalarında yazılıb ki, bu obyektlərdə yalnız ədədi malların ticarəti həyata keçirilməlidir. Məsələn, burada çörək, siqaret, qablaşdırılmış su və şirələr satıla bilər. Lakin sahəsi cəmi 2-3 kvadrat metr olan bu dayanacaqlarda bəzən dönər, qutab kimi məhsullar da bişirilib satılır. Üstəlik, köşklərin özləri də köhnəlib, dayanacaq və oturacaqlar dağılaraq sıradan çıxıb". Şahmalı Cavadov şəhərdə yeni dayanacaqların inşası üçün layihə və eskizlərin artıq hazır olduğunu bildirib. O qeyd edib ki, layihədə müasirliklə birgə qədim Gəncənin memarlıq üslubu da qorunub saxlanılıb: “Rekonstruksiya zamanı kərpic, aqlay, şüşə kimi materiallardan istifadə olunacaq. Burada Şərq memarlıq elementi olan kümbəz də tətbiq ediləcək. Qeyd edək ki, müvəqqəti olaraq fəaliyyəti dayandırılmış çörək köşklərində bütün qüsurlar aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR