Bank Of Baku

14 ölkədən gələn səyahətçilər Ağdamda mina təmizlənməsi ilə tanış olublar - YENİLƏNİB - FOTO - VİDEO

14 ölkədən gələn səyahətçilər Ağdamda mina təmizlənməsi ilə tanış olublar - YENİLƏNİB  - FOTO  - VİDEO
# 14 iyun 2023 09:43 (UTC +04:00)

Ağdama səfər edən 14 ölkədən, 35 səyahətçi ANAMA-nın minatəmizləmə əməliyyatı ilə tanış olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyahətçilər Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində aşkarlanan minaların yerində zərərsizləşdirilməsinə şahidlik ediblər.

***

09:14

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib.

APA-nın Qarabağ bürosunun xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib.

Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Qarabağdan sonra Şərqi Zəngəzura səfəri planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfər 4 gün davam edəcək. Qonaqlar avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR