Bank Of Baku

14 ölkədən olan səyyahlar Ağdamda ermənilərin törətdiyi dağıntıları izləyiblər - FOTO

14 ölkədən olan səyyahlar Ağdamda ermənilərin törətdiyi dağıntıları izləyiblər - FOTO
# 14 iyun 2023 12:39 (UTC +04:00)

Dünyanın 14 ölkəsini təmsil edən səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərini işğalda saxladığı müddətdə törətdiyi vəhşiliklərin izləri ilə tanış olublar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçirilib. Nümayəndə heyəti Ağdam şəhər Cümə məscidi, Ağdam Çörək muzeyinin qalıqları və Qarabağ xanlığının banisi Pənahəli Xan tərəfindən inşa edilən Şahbulaq qalası ilə tanış olub.

Dünyanın tanınmış səyyahlarından olan Charles Veleyin rəhəbrlik etdiyi nümayəndə heyəti daha sonra Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR