Dünyanın 14 ölkəsini təmsil edən səyyahlar qrupunun Tərtərə səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, 14 ölkədən 35 nəfərlik nümayəndə heyəti Ağdam şəhərinə səfəri başa çatdıqdan sonra, Tərtər rayonunun Suqovuşan qəsəbəsinə gəlib.
Qonaqlar Suqovuşan qəsəbəsində aparılan tikinti quruculuq işləri ilə tanış olub.