Bank Of Baku

14 ölkədən olan səyyahlar Şuşaya səfər edib - FOTO - YENİLƏNİB

14 ölkədən olan səyyahlar Şuşaya səfər edib - FOTO  - YENİLƏNİB
# 16 iyun 2023 13:09 (UTC +04:00)

14 ölkəni təmsil edən 35 beynəlxalq səyyah Şuşada səfərdə olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, MTP-nin rəhbəri, dünyanın nüfuzlu səyyahlarından olan Charles Veleyin başçılıq etdiyi qrup Şuşaya səfəri zamanı Xurşid Banu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş büstlərini ziyarət edib. Daha sonra onlar şəhərin qədim Qala qapısı ilə tanış olublar. Nümayəndə heyəti Cıdır düzündə də olub, həmçinin şəhərdə aparılan yenidənqurma işlərini izləyib.

***

11.09

İşğaldan azad eilmiş ərazilərə səfər çərçivəsində 14 ölkəni təmsil edən 35 beynəlxalq səyyahın Şuşaya səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatını (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyət bu gün Şuşaya səfər edib.

MTP-nin rəhbəri Charles Veley başçılıq etdiyi qrup əvvəlcə Ağdamda, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndində, Kəlbəcər və Laçın rayonlarında olub. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ild dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə baş tutub. Bu, sayca 8-ci analoji səfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR