2022-ci ilin I yarısında elmi dərəcə verilmiş iddiaçıların yaş bölgüsü açıqlanıb.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından APA-ya bildirilib ki, fəlsəfə doktoru elmi dərəcəsi alanlardan 70-i 35 yaşa kimi, 146-sı 35-50 yaşa arasında, 33-ü isə 50-70 yaş arasında olanlardır.
Elmlər doktoru dərəcəsi verilmiş 8 nəfər 35-50 yaş arası, 26 nəfər 50-70 yaş arası, 1 nəfər isə 70 yaşdan yuxarıdır.