Bank Of Baku

2025-ci ildə 293 uşaq valideyn himayəsindən məhrum olunub

2025-ci ildə 293 uşaq valideyn himayəsindən məhrum olunub
# 13 mart 2026 12:15 (UTC +04:00)

2025-ci ildə valideyn himayəsindən məhrum olmuş 152 qız və 141 oğlan olmaqla 293 uşaq uçota alınıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bildirilib ki, onlardan 223-ü sağlam, 42-si 18 yaşınadək əlilliyi müəyyən edilmiş, 28-i isə səhhətində problem olan uşaqlardır.

Həmçinin qeyd edilib ki, 27 sosial xidmət müəssisəsində (21-i dövlət və 6-sı özəl müəssisə) 734-ü oğlan və 538-i isə qız olmaqla, 1272 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR