Bank Of Baku

2025-ci ildə Azərbaycanda 190 minə yaxın əcnəbi yaşayıb

2025-ci ildə Azərbaycanda 190 minə yaxın əcnəbi yaşayıb
# 13 mart 2026 12:05 (UTC +04:00)

2025-ci ildə Azərbaycanda qanuni əsaslarla 184419 nəfər əcnəbi yaşayıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ildə həmin şəxslər 184835 nəfər olub.

Həmçinin qeyd edilib ki, hesabat ilində olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti, daimi yaşama və iş icazələrinin alınması (müddətinin uzadılması), qaçqın statusunun verilməsi, vətəndaşlıq, readmissiya və digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 941,4 min müraciət daxil olub ki, onlardan 330,5 mini miqrasiya sahəsindəki elektron xidmətlər vasitəsilə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR