3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 4-cü sinfə qədər 29 nömrəli tam orta məktəbdə fərdi təhsil alıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq məktəbdən məlumat verilib.
Bildirilib ki, 4-cü sinfi bitirdikdən sonra məktəbdən çıxıb.
"2021-ci ilin aprelindən 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb" - deyə cavabda bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.