Bank Of Baku

30 il əvvəl itkin düşən Əli Hüseynovun qalıqları Füzulidə dəfn olunub - FOTO - YENİLƏNİB

30 il əvvəl itkin düşən Əli Hüseynovun qalıqları Füzulidə dəfn olunub - FOTO  - YENİLƏNİB
# 11 sentyabr 2023 15:46 (UTC +04:00)

30 il əvvəl itkin düşən hərbçinin qalıqları Füzulidə dəfn olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhid Əli Hüseynovun qalıqları Füzuli rayonunun Yağlıvənd kənd qəbiristanlığında, ata-anasının məzarlarının yanında torpağa tapşırılıb.

***

15.38

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün dəfn olunmaq üçün anadan olduğu Aşağı Yağlıvənd kəndinə gətirilib. Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılır.

Şəhidin yaxınları bildirib ki, Əli Hüseynov I Qarabağ müharibəsi başlayan ilk gündən torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb. İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR