Bank Of Baku

32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb, 40 qutu dərman müsadirə edilib

32 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb,  40 qutu dərman müsadirə edilib
# 11 iyul 2023 10:08 (UTC +04:00)

Analitik Ekspertiza Mərkəzi 01.06.2023-30.06.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı təqdim edir.

AEM-dən APA-ya verilən xəbərə görə, Bakı şəhəri üzrə 27, digər rayonlar üzrə 5 aptek olmaqla, ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. 7 adda, 40 qutu dərman vasitəsi müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR