Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, bu il 9 illik bazada kolleclərə ümumilikdə 10 586 nəfər qəbul olub.
Onlardan 4573-ü dövlət ödənişsiz, 5673-ü dövlət ödənişli, 340 nəfəri isə özəl kolleclərə daxil olub.
Təqdim olunan plan yerlərinin (10752) 98,46 faizi tutulub.