Bank Of Baku

ADA Universitetində “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib - FOTO

ADA Universitetində “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib - FOTO
# 29 avqust 2022 16:57 (UTC +04:00)

ADA Universitetində “Beynəlxalq Liderlik Araşdırma Forumu” (BLAF) keçirilib.

APA xəbər verir ki, foruma Azərbaycan, Gürcüstan, Finlandiya, Avstraliya, Cənubi Afrika, Norveç və Almaniyanı təmsil edən 70-dən çox yerli və xarici mütəxəssis və təhsil işçisi qoşulub.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktoru Azərbaycanda məktəbəqədər təhsilin vəziyyəti barədə məlumat verib.

O deyib ki, Azərbaycanda 5 yaşında uşaqların 84 faizinin bağçalara və məktəbəqədər təhsilə keçid imkanı var, 2018-ci ildə bu rəqəm 21 faiz idi. "Bu rəqəm uğurludur və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur.

"Biz bağça və məktəbəqədər təhsildə təlim və sertifikasiyadan keçən müəllimlərin sayını 17000 -ə çatdırmağı hədəfləyirik, bu milli strategiyada qeyd olunub", o deyib.

Daha sonra Tampere Universitetinin təhsil eksperti Elina Fonsen çıxış edib.

O, "Beynəlxalq Liderlik Araşdırma Forumu” barədə məlumat verib. O bildirib ki, indiyədək bu forum Almaniya,Finlandiya, Cənubi Afrika, Norveçdə keçirilib və bu il forum Bakıda keçirilir. O qonaqları BLAF-ın gördüyü işlər, dərc etdiyi araşdırmalar barədə məlumatlandırıb.

Finlandiyalı ekspert Azərbaycan və onun ölkəsində bağça və məktəbəqədər təhsili müqayisə edərkən bildirib ki, Finlandiyada uşaqlara "əylınərək öyrənmək" metodundan istifadə olunur.

Qeyd edək ki, iştirakçıların bir qismi virtual formatda fouma qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR