Bank Of Baku

Agentlik: Yaşayış yerlərinə yaxın olan daş karxanaları ilə bağlı narazılıqlar var

Agentlik: Yaşayış yerlərinə yaxın olan daş karxanaları ilə bağlı narazılıqlar var
# 07 iyul 2023 12:26 (UTC +04:00)

Daş karxanaları yaşayış yerinə yaxın olanda əhalinin narazılığı yaranır.

APA xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.

O bildirib ki, əsasən daş karxanalarında istismar zamanı yaranan tozlar və texniki fəaliyyət zamanı istifadə olunan qurğuların səsinə görə şikayətlər daxil olur: "Son zamanlar Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yerləşən daş karxanalarının fəaliyyəti ilə əlaqədar şikayətlər edilməkdədir. Həmin ərazi əhali sayı çox olan yaşayış məntəqəsi olduğundan daş karxanasının fəaliyyəti insanların narazılığına səbəb olur. Bu barədə qanunamüvafiq qaydada tədbirlər çərçivəsində ətraf mühitin çirklənmə həddi müəyyən edilib, karxana fəaliyyəti ilə məşğul olan istifadəçilərin sənədləri ilə bağlı araşdırma aparılıb, fəaliyyətlərində yol verilmiş qanunsuzluqlarla bağlı müvafiq tədbirlərin görülməsi davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR