Allerqoloq bronxial astma xəstəliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib

Allerqoloq bronxial astma xəstəliyi ilə bağlı valideynlərə xəbərdarlıq edib
# 04 may 2022 15:29 (UTC +04:00)

"Astma xəstəliyindən əziyyət çəkən uşaqların yeməyinə diqqət edilməlidir".

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr-allerqoloq Tahirə Pənahova "Bronxial astma xəstəliyi" mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hipoallergik qidalar qəbul edilməlidir:

"Qoz, fındıq, yumurta, süd istifadə oluna bilər. Lakin xəstələr spesifik olur. Əgər valideynlər uşaqlarında hansısa qidadan sonra bu problemi müşahidə edirlərsə, mütəxəssisə müraciət etməlidirlər. Fast-food, şokolad, ədviyyatlı qidaların, rəngli şirələrin uşaqlara verilməsi məsləhət görülmür. Bəzi idman növləri də var ki, məhdudiyyət olmalıdır. Məsələn, oğlan uşaqları daha çox futbola meyl edir. Qaçışla bağlı idman növləri həmin uşaqlara mənfi təsir edir. Həmin uşaqlar tənəffüslə bağlı idman növlərinə yönləndirilməlidirlər. Qqılıncoynatma, üzgüçülük və s. Üzgüçülük yerlərində isə hovuzda xlorun olmamasına diqqət edilməlidir".

Həkim deyib ki, bronxial astma xəstəsi olan evdə çoxlu əşya, xalça, üst-üstə pərdə olmamalıdır:

Yorğan və döşəyin pambıqdan olması məsləhətdir. Təmizlik vasitələri kimyəvi və aromatik olmamalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR