AMEA: Ağsuda meşədə ağacları məhv edən bitki geniş yayılıb

AMEA: Ağsuda meşədə ağacları məhv edən bitki geniş yayılıb
# 30 mart 2023 14:59 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları Ağsu rayonunda ekspedisiyada olublar.

Bu barədə APA-ya AMEA-dan məlumat verilib. Bildirilib ki, əsas məqsəd meşə ekosistemlərinin və Tuqay meşə bitkiliyinin müasir vəziyyətinin öyrənilməsi və erkən yaz bitkilərinin tədqiqi olub.

Ağsu rayonunun Kalva, Xatman, Dilman və Hacıman kəndləri ərazisində aparılan tədqiqatlar zamanı 40-dan çox dərman və qida əhəmiyyətli ağac, kol və ot bitkiləri qeydə alınıb. Erkən yaz bitkilərindən 11 fəsiləyə aid 48 herbari nümunələri yığılıb, bəzi lokalitetlərinin GPS koordinatları götürülüb və populyasiyalarının vəziyyəti öyrənilib.

Müəyyən olunub ki, tədqiq olunan meşə ərazilərində Ağ küstüm və ya Öksə otu (Viscum album L.) bitkisi geniş yayılıb. Öksə otu dərman və kauçuk bitkisi kimi əhəmiyyətli hesab olunsa da, lakin meşə sahələri üçün ciddi təhlükədir. Bu yarımparazit bitki geniş yayılmaqla ağacları məhv edir. Müşahidələr göstərir ki, Öksə otuna yoluxmuş ağacların davamlılığı azalır və mənzərələr dekorativ effektini itirir. Meşələrdə bu və digər parazitlər üçün mübarizə tədbirlərinin aparılmaması cavan fərdlərin təhlükə altında olmasının göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR