Bank Of Baku

AMEA Rəyasət Heyətinin səlahiyyətləri müəyyənləşdirilib

AMEA Rəyasət Heyətinin səlahiyyətləri müəyyənləşdirilib
# 03 noyabr 2023 21:12 (UTC +04:00)

Milli Elmlər Akademiyasının inkişafı fondu yaradılacaq.


APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə əksini tapıb.
Nizamnaməyə əsasən, Rəyasət Heyəti:

-. Akademiyanın Ümumi Yığıncaqları arasındakı dövrdə Akademiyanın fəaliyyətini idarə edir, Akademiyanın Ümumi Yığıncağının qərarlarını icra edir;

-. Akademiyanın Ümumi Yığıncağının iclaslarının vaxtını təyin edir, iclasları çağırır və keçirir;

-. Akademiyanın apardığı elmi tədqiqat işlərinin planını təsdiq edir;

-. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, Akademiyanın strukturuna daxil olan müəssisələrin strukturunu müəyyən edir;

-. Akademiyanın bayrağı, habelə elmi bölməsi haqqında əsasnamələri təsdiq edir;

-. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının əsasnaməsini və strukturunu təsdiq edir;

-. regional elmi bölmələrin rəyasət heyətləri üzvlərinin sayını və tərkibini təsdiq edir;

-. Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Akademiyanın fəaliyyətinə dair illik hesabat təqdim edir;

-. Akademiyanın inkişafı fondunu yaradır, həmin fondda toplanan maliyyə vəsaitinin Akademiya əməkdaşlarının sosial müdafiəsinə, mükafatlandırılmasına və elmin inkişafı üçün zəruri məsələlərin həllinə yönəldilməsini təmin edir;

-. Akademiyanın ştat cədvəlini təsdiq edir;

-. Akademiyada əqli mülkiyyət hüquqlarının, dövlət və kommersiya sirlərinin, xidməti istifadə üçün nəzərdə tutulan informasiyanın qorunmasını təmin edir;

-. Akademiyanın fəaliyyət istiqamətləri üzrə elmi sessiyaların, konfransların, simpoziumların, elmi festivalların, forumların və digər tədbirlərin keçirilməsi ilə bağlı məsələləri həll edir;

-. Akademiyanın nəşriyyat işi sahəsində fəaliyyət planlarını təsdiq edir və yerinə yetirilməsinə nəzarəti həyata keçirir;

-. çap mediası və onlayn media subyekti təsis etmək barədə qərar qəbul edir, jurnalların baş redaktorlarını vəzifəyə təyin və vəzifədən azad edir, habelə redaksiya heyətlərinin tərkibini təsdiq edir;

-. Akademiyanın beynəlxalq elmi əlaqələrini təşkil edir;

-. Azərbaycan elmi qarşısında xidmətləri olan və elmi-ədəbi əlaqələrdə fəal iştirak edən xarici ölkə alimlərinə, həmçinin ictimai xadimlərə və ya mədəniyyət xadimlərinə “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru” və ya “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” adları verir və fəxri doktor və ya fəxri professor diplomları təqdim edir;

-. elmi tədqiqat işlərinin nəticələrinin tətbiqi üçün təkliflər verir;

-. Akademiyanın vitse-prezidentlərinin və regional elmi bölmə sədrlərinin elmi bölmələrin fəaliyyəti barədə hesabatını dinləyir;

-. Akademiyanın fəaliyyətinə dair illik hesabatı Akademiyanın Ümumi Yığıncağının müzakirəsinə təqdim edir;

-. üzvləri arasında vəzifə bölgüsü aparır, səlahiyyətlərinə aid kadr məsələlərini həll edir;

-. Akademiyanın vəzifəli şəxsləri və strukturuna daxil olan qurumlar tərəfindən bu Nizamnaməyə əməl olunmasına nəzarət edir;

-. fəaliyyətini təmin etmək məqsədilə məşvərətçi orqanlar, həmçinin fundamental və tətbiqi problemlər, regional məsələlər üzrə elmi şuralar, komissiyalar, mərkəzlər və digər orqanlar yaradır, onların tərkibini müəyyən edir və sədrlərini təyin edir;

-. Akademiyanın illik büdcəsini təsdiq edir, dövlət büdcəsindən ayrılan və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edir;

-. növbəti maliyyə ili üçün Akademiyanın büdcə maliyyələşdirilməsi planının istiqamətlərini və prioritetlərini müəyyən edir, dövlət büdcəsinin tərtibinə dair təkliflər hazırlayır;

-. müzakirə etdiyi məsələlər barəsində qərarlar qəbul edir və icrasına nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR