31 mart 2023-cü il tarixindən başlayaraq Azərbaycan Müəllim İnkişafı Mərkəzində (AMİM) Direktorlar İnstitutu Proqramına start verilib.
APA xəbər verir ki, məktəb direktorları, direktor müavinləri, təhsilin idarəolunması məsələlərinə maraq göstərən müəllimlər və digər təhsil mütəxəssislərinin qoşulduğu Proqramın əsas mövzusu - “Məktəbin idarə olunmasına müasir yanaşmalar”dır.
Proqram müddətində iştirakçılar beynəlxalq və yerli təcrübə əsasında məktəbdaxili idarəetmənin aktual problemləri və həlli yolları barədə zəruri məlumatlar və səriştələr əldə edəcəklər.
Proqram ümumilikdə 12 təlim modulu üzrə qurulmuş və əsasən aşağıdakıları əhatə edir:
· Tədris-təlim prosesinin, müəllimlərin peşəkar inkişafının səmərəli idarə olunması, valideynlərlə
əməkdaşlıq və s. sahələr üzrə məktəbdə pozitiv dəstəkləyici mühitin yaradılması
· İdarəçiliyin başlıca funksiyaları və prinsipləri, liderlik, strateji planlaşdırma və monitorinq
· Qanunvericilik və məktəbin idarəolunması
Bütün məşğələlər interaktiv mühitdə keçiriləcək, iştirakçılar müxtəlif layihələr üzrə iş aparacaq, esselər yazacaq, seçilmiş mövzu üzrə yekun təqdimatla çıxış edəcəklər.
Məşğələlər cümə günü saat 14-18, şənbə günü saat 10-18 radələrində keçirilir. İştirakçıların həmin vaxtlarda əsas iş yerlərindən rəsmi icazə almaqlarına köməklik edilir. Təlimçilər - əməkdar müəllim Asif Cahangirov, professor Mayis Əliyev, fəlsəfə doktorları Elmina Kazımzadə, Ülviyyə Mikayılova.
Proqrama qoşulmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: +00994502901695